Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Arif Paşayev 5 milyardlıq biznesini nəvələrinə verdi

"Paşa Holdinq" İlham Əliyevin qızlarına bağışlandı

Akademik, Azərbaycan Aviasiya Akademiyasının rektoru Arif Paşayev ailə biznesinin idarə edilməsindən əl çəkərək kommersiya şirkətlərinə nəzarəti Azərbaycan Respublikası prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara verib.

Proses ötən il başa çatıb, ancaq bu barədə 2013-cü ilin nəticələrinə görə iki kommersiya bankının maliyyə hesabatının beynəlxalq auditinin nəticəsi açıqlanandan sonra məlum olub (http://www.pashabank.az/static,31/lang,az/).

Buna qədər Əliyeva bacıları “Express Bank” ASC (2012-ci ilin dekabrın 31-ə kapital həcmi - 100,5 mln manat), Silk Way Bank” ASC (31.12.2012 - 74 mln manat) və “Xalq Bank” ASC-ə (31.12.2012 - 185,6 mln manat) nəzarət edirdi.

Arif Paşayev 2013-cü ilə qədər iri inkişaf edən şirkətlər qrupu olan “Paşa Holding” MMC çətiri altında cəmləşmiş biznesə nəzarət edirdi.

2006-cı ilin noyabr ayında yaradılan holdinqə rəsmən “Paşa Bank” ASC (2014-cü ilin mayın 1-ə nizamnamə kapialı- 333 mln manat), “Paşa Sığorta” (50 mln manat), “Paşa Həyat Sığorta” (40,2 mln manat), “Paşa İnşaat” (açıqlanmır), “Paşa Travel” (50 mln manat) və  “Kapital Bank” (150 mln manat) daxildir (http://pasha-holding.az/pages/2/kompanii.html#content).

Bu şirkətlərdən əlavə qrupa həmçinin bir neçə fəal şirkətlər daxildir (“Paşa Kapital”, “Paşa Development”, “Xalq Kapital”, “Xalq Sığorta” və s.).

Holdinqin şirkətləri bir çox biznes strukturlarda iştirak payına malikdir. Bəzi qiymətləndirmələrə görə, bu və digər şirkətlərin ümumi aktivləri 5 mlrd. manatdan çox təşkil edir.



“Paşa Holding” MMC törəmə şirkətləri vasitəsilə Bakıda və ölkənin regionlarında bir çox daşınmaz əmlaka sahibdir. Bunlar Port Baku Towers (ümumi daxili sahəsi - 130 min m2),  Port Baku (382,3 min m2) və Nizami (17,5 min m2) yaşayış kompleksləri, 900 avtomobillik kommersiya parkinqi, 28 Mall (65,7 min m2), Shuvelan Park (15 min m2), Port Baku (30 min m2) ticarət mərkəzləri, JW Marriott (18,6 min m2), Four Seasons (49,3 min m2) və Pik Palace (32,7 min m2) otelləri, Amburan çimərlik kompleksi, The Club müalicə mərkəzi, həmçinin çoxsaylı kafe, restoran və butik-mağazalardır. Holdinq investisiya fəaliyyətin davam etdirir və 2014-2015-ci illərdə Bakıda və ölkənin regionlarında bir neçə otel və ticarət mərkəzlərini istismara verməyi planlaşdırır.contact/

6163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP