Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2014

Oliqarxlar niyə media holdinq yarada bilmədi?

İlham Əliyevin Ziya Məmmədovla Rövnəq Abdullayevə qadağasının sirri

Nəqliyyat naziri Ziya Məmmədov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin media layihələrinin baş tutmamasının səbəbləri ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

Həmin məlumatlarda bildirilir ki, əvvəlcə Ziya Məmmədovla Rövnəq Abdullayevə media holdinq yaratmaq icazəsi verən ölkə başçısı Ilham Əliyevin sonradan fikrini dəyişməsi məsləhətçilərinin təkidilə baş verib. Onların yerli və ya beynəlxalq məsləhətçilər olması hələlik bizə məlum deyil. Bəlli olan odur ki, məsləhətçilər Ilham Əliyevi inandırıb ki, daha adıçəkilən oliqarxların media holdinq yaratması hakimiyyət üçün acınacaqlı nəticələrə səbəb ola bilər. Ölkə başçısına bildirilib ki, hakimiyyətdəki iri qruplaşmalarla qarşıdurma vəziyyətində olan Ziya Məmmədovla Rövnəq Abdullayev nəzarətlərində olan medianı rəqiblərinə qarşı yönəldəcək. Bu isə iqtidar daxilində qarşıdurmanın alovlanmasına və bütövlükdə hakimiyyət üçün acı sonluqla nəticələnməsinə gətirib çıxara bilər. “Ölkə başçısının diqqətinə çatdırılıb ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaratdığı media holdinq Prezident Administrasiyası tərəfindən çətin idarə olunur. Kəmaləddin Heydərov fürsət düşdükcə rəqiblərinə qarşı bu silahdan istifadə edir. Əgər digər oliqarxlara da media holdinq yaratmağa yaşıl işıq yandırılarsa, ümumiyyətlə bu sahə nəzarətdən çıxa bilər. Beləliklə də Ilham Əliyev bundan sonra qərarını dəyişməli olub”, - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd edilir ki, Kəmaləddin Heydərova yaxın media qurumlarına da nəzarət gücləndiriləcək./azadlıq/
2174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP