Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Azərbaycanda müəllim müəllimi öldürdü

“Heç bir il deyildi ki, toyları olmuşdu. Toydan az sonra yola getmədilər, qız tez-tez küsüb atasının evinə gedirdi. Elə hadisə də həmin evdə baş verdi. Əri gedib onu ata evində bıçaqdan keçirdi”.

Amansız cinayət hadisəsi Goranboy rayonunda törədilib. Nicat Həsənov qaynatasının evində 30 yaşlı arvadı Günay Quliyevanı bıçaqla öldürüb. Dünən bu haqda məlumat versək də, bu gün qətlin təfərrüatlarını öyrəndik.

Goranboy Rayon Prokurorluğundan əldə edilib ki, Gənclər və İdman Mərkəzində müəllim işləyən N.Həsənov bir neçə ay əvvəl Günayla evlənib. Rayondakı orta məktəblərdən birində müəllim işləyən Günay hadisədən bir neçə gün əvvəl əri ilə dava edərək ata evinə gedib. Nicat isə hadisə günü onu evinə qaytarmaq üçün qaynatasının evinə gedib. Elə orada mübahisə düşüb və arvadına elə qaynanasının gözləri qarşısında 10-dan artıq bıçaq zərbəsi vurub. G.Quliyeva xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Hazırda N.Həsənov polis nəzarətinə alınıb və onun dindirilməsindən sonra bəzi qaranlıqlara da aydınlıq gətiriləcək./milliaz/
2896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP