Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2014

Hillari Klinton etiraf etdi

ABŞ-ın keçmiş dövlət katibi prezident olmaq istəyinin səbəblərini açıqlayıb

Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi Hillari Klinton növbəti prezident seçkilərində iştirak etmək səbəblərinə dair maraqlı açıqlamalar verib.

ABŞ-ın ABC telekanalına müsahibəsində Klinton bildirib ki, 2012-ci ildə Liviyadakı ABŞ konsulluğuna hücumla bağlı respublikaçılardan onun ünvanına səsləndirilən tənqidlər onun prezident olmaq istəyini daha da gücləndirir. Hillari Klinton vurğulayıb ki, ABŞ səfirinin öldürüldüyü həmin hücum zamanı təhlükəsizlik tədbirlərinin kafi olmamasına dair tənqidlər və hücumun çoxsaylı istintaqlarla araşdırılması ABŞ-ın statusuna uyğun gəlmir.

"Mən bu hadisənin baş verməməsi üçün hər şeyimi qurban verərdim. Amma düşünürəm ki, istintaqın nəticəsində əldə etdiklərimizdə bəzi dəyişikliklər etməliyik. Mən məsuliyyəti öz üzərimə götürürəm, amma həmin vaxt mən təhlükəsizliyə dair qərarlar vermirdim", - Hillari Klinton belə deyib.

Xatırladaq ki, 2012-ci ildə Liviyadakı ABŞ konsulluğuna hücum zamanı orada olan ABŞ səfirinin öldürülməsi hakimiyyətdə olan demokratların nüfuzuna xələl gətirmiş və prezident seçkilərində Hillari Klintonun şansını azaltmışdı./ans/
1992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP