17 Fevral 2021
Qaradağlı faciəsindən 29 il ötür

Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 26 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.
11.10.25, 11:01
ABŞ-da sursat zavodunda partlayış – 19 ölü... 11.10.25, 10:22
Şimali Koreya yeni qitələrarası raketini nümayiş etdirib 11.10.25, 10:19
Çinin qəti addımı dolları çökdürdü – yuan dollardan öndə 11.10.25, 09:16
Sionist şirkətlər Dubay hava sərgisindən çıxarıldı 11.10.25, 09:01
Seəpah-ın ali komandanı: Körfəzdə, Hürmüz boğazında və İran adalarında düşmənin hər hansı hesab səhvi sarsıdıcı cavabla qarşılanacaq 08.10.25, 11:49
Almaniya şəhərinin yeni seçilmiş meri bıçaqlanıb 08.10.25, 11:27
Rusiya: Donetsk və Zaporojyedə iki bölgə azad edildi 08.10.25, 11:25
UNICEF: Qəzzadakı müharibənin davamı bəşəri vicdana təhqirdir 08.10.25, 11:21
“Əqsa Tufanı” və 7 oktyabr – Sionistlərin əbədi kabusu 08.10.25, 11:17
Pakıstan ordusuna ölümcül hücum 08.10.25, 11:14
Türk rejissorun sionist lobbiler tərəfindən filminin qadağan edilməsinə dair açıqlaması 05.10.25, 12:14
Amerikalı Jurnalist: İran "Doğru vəd" əməliyyatında dünyanın ən güclü müdafiə sistemini məhv etdi 05.10.25, 10:24
Tütündəki nikotin DNA-ya zərər verir 05.10.25, 10:03
Daxili qarışıqlıq və Amerikanın çöküşü hiss olunur 05.10.25, 09:31
İran, Çahbahar kosmik bazasından ilk buraxılışa hazırdır 05.10.25, 08:57
Boliviya Prezidenti: "Qəzzəyə doğru gedən başqa gəmilər də var" 05.10.25, 08:50
Çikaqonun girişində asılmış plakat sionistləri şoka salıb 05.10.25, 08:47
Yasmin Acar: ABŞ və sionist İsrail irqçiliklə məşğuldurlar 04.10.25, 10:20
Naməlum PUA-lar yenidən Münhen hava limanını bağladı 04.10.25, 10:17
Kolumbiya prezidenti Gustavo Petrodan Trampı Qəzzədəki "sülh planı" ilə bağlı sərt tənqid edib 04.10.25, 10:08
İranın öz gücünə olan etimadından ABŞ-a zərbə vurma imkanı və regionda təsir göstərmək potensialı! 04.10.25, 09:56
Həmas Trampın təklifinə cavab olaraq mühüm bəyanat yaydı 04.10.25, 09:25
Fransada atışma nəticəsində 2 ölən, 5 yaralı 04.10.25, 09:19
General Necat: İranın hücum qabiliyyəti 10 dəfə artıb 02.10.25, 09:56
The New York Times: ABŞ-ın Qəzzə üçün yeni planı Netanyahu-nun bütün gerçəkləşməmiş arzularını əhatə edir 02.10.25, 09:53
Xəbər mənbələri bildirir: Fransanın xüsusi təyinatlı qüvvələri rus neft tankerinə hücum edərək onu ələ keçiriblər 02.10.25, 09:51
Oksford tədqiqatının nəticəsi: Hətta az miqdarda spirtli içki qəbulu da demensiya riskini artırır 02.10.25, 09:48
Amnesty International FIFA və UEFA-dan İsraili beynəlxalq yarışlardan kənarlaşdırmağı tələb etdi 02.10.25, 09:39
Geriyə piyada yerimək: Beyni gücləndirən və diqqəti artıran sirr 02.10.25, 09:35
Avropa Parlamenti üzvü: İsrailin “Sumud” donanmasına qarşı hərəkəti qanunsuz və cinayətdir 02.10.25, 09:31
Qatil İsrail şirkətləri 8 böyük VPN şirkətinə nəzarət edir 02.10.25, 09:24
Nyu York hava limanında iki təyyarə toqquşdu - Yaralananlar var 02.10.25, 09:21
Yürgen Klopp Qəzzəni himayət etdi 02.10.25, 09:14
Qahirə: Qəzzə məsələsinin beynəlxalq əviyyəyə çatdırılması bizim üçün qəbuledilməzdir 01.10.25, 12:01
Qumarbaz üsulu ilə hədə-qorxu 01.10.25, 11:39
Qəssamın çoxdilli bəyanatı: İsrail əsirləri yalnız mübadilə razılaşması ilə azad olunacaq 01.10.25, 11:20
Greta Thunberg: Məqsədimiz yalnız yardımın çatdırılması deyil, Qəzzanın mühasirəsinin yarılmasıdır 01.10.25, 11:03
ABŞ Müdafiə Nazirliyi terror təşkilat elan edilməlidir 01.10.25, 09:33
Briqada generalı Yəhya Səri: Sionist rejim üçün dəniz nəqliyyatına qoyulan məhdudiyyətlər davam edir 01.10.25, 09:29
İsrail qüvvələri Culaninin əsgərlərini soyundurdu 01.10.25, 09:27
ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırdı 30.09.25, 11:25
Skott Riter: İsrailin mövcudluğu qanun və insanlıqla ziddir 30.09.25, 11:20
Ənsarullah üzvü: Trampın planı həyata keçirilə bilməz... 30.09.25, 11:17
İngiltərəli siyasətçi: İngiltərədə azadlıq ölür! 30.09.25, 10:24
Qızıl Qlobusun ən yaxşı qadın aktyoru Qəzzadan danışdı 30.09.25, 09:59
Tayms: İsveç nüvə silahı istehsalını düşünür 30.09.25, 09:55
Yəmən ordusu iki dron və raket əməliyyatı həyata keçirib 29.09.25, 09:29
Xarkovda NATO-nun 9 zabiti həlak oldu 29.09.25, 09:18
İvritdilli Media: İranlılar Ben-Gvirin qızına mesaj göndərərək onunla görüşməyə çalışıblar 29.09.25, 08:53
İsrail Hiyom: İsrail, İslam Respublikasını sadə tutmamalıdır 29.09.25, 08:48
Cənubi Nablusda bir sionist hərbçi məhv edilib 29.09.25, 08:43
Qəzza blokadasını yaran Beynəlxalq Komitə: 45 gəmi, "Sumud Donanması" 3 gün ərzində... 29.09.25, 08:36
ABŞ-ın Mişiqan ştatında kilsə atışmasında ölü sayının... 28.09.25, 10:13
Polyanskinin Tətik mexanizminin tətbiqinə reaksiyası 28.09.25, 10:00
Berlinin mərkəzində: «Bugün İran dünyanın ümididir» - Video 28.09.25, 09:55
Əl-Husi: Şəhid Seyid Həsən Nəsrullah İsrailin kabusu idi 28.09.25, 09:41
Hənzələ haker qrupu, İsrailin 12 günlük müharibə hücumlarında istifadə edilən peyk sistemlərinə nüfuz etdiyini açıqladı 28.09.25, 09:32
Lavrov: İsrail Yaxın Şərqi partlayış həddinə gətirib 28.09.25, 09:26
Əbdülati: Yaxın Şərq partlama həddindədir 27.09.25, 21:23
İsrailli general: Dünyayla əlaqəmiz kəsilib 27.09.25, 11:17
BMT: Hər saat Qəzzada bir uşaq öldürülür 27.09.25, 11:09
İrəvani: Müharibə cinayətkarı Baş Assambleyada danışmamalıdır 27.09.25, 11:04
Rusiya BMT-də Fransanı təhqir etdi 27.09.25, 10:44
Orbandan Trampa cavab: Əməl etməyə borclu deyilik! 27.09.25, 10:38
General Sabahifərd: Hava Hücumundan Müdafiə Qərargahı ən yüksək hazırlıq səviyyəsindədir 27.09.25, 10:33
Bloomberg: Dünyanın yarısı Çini özünə şərik bilir 27.09.25, 10:29
Sionist əsgər qatar stansiyasında intihar etdi 27.09.25, 09:37
Rusiya NATO-nu təhdid etdi 27.09.25, 09:30
Tramp: Ərdoğan saxtalaşdırılmış seçkilərin ustasıdır! 25.09.25, 21:20
Netanyahu həbsdən qorxaraq, Avropanın hava məkanını dövr etdi 25.09.25, 12:22
Xətib: 189 İsrail nüvə və hərbi mütəxəssisi aşkarlanıb 25.09.25, 12:15
Kolumbiya: Qəzzədəki soyqırımın məsul şəxsləri həbs olunmalıdır 25.09.25, 11:49
Daha bir sionist çavuş məhv edildi 25.09.25, 11:46
Yəmənlilərin İsrailin müdafiə zəifliklərinə nüfuz edib 24.09.25, 09:57
Ayətullah Xamenei: İranın inkişafı - Güclü olmalıyıq 24.09.25, 09:38
Norveçdə İsrail səfirliyinin yaxınlığında partlayış